Yetər artıq!

ÖLKƏ FUTBOLU 10 İyun 2009 / 11:40 2575
-  A +

Azərbaycan milli komandasının sabiq baş məşqçisit Vaqif Sadıqov milli komandamızın İspaniyaya qarşı dünənki oyunu (0:6) ilə bağlı fikirlərini bildirib. Qol.Az-ın müxbiriiylə söhbətində V.Sadıqov öncə Bakıya gəldiyi üçün İspaniya milli komandasına minnətdarlığını bildiriblər: «Sağ olsunlar ki, onlar bu oyunu şouya çevirmədilər. Konfederasiyalar kuboku ərəfəsində bu oyuna ciddi yanaşdılar və bizə dərs keçdilər».
Vaqif Sadıqov dünənki acınacaqlı məğlubiyyətə görə daha çox futbolçuları günahkar bilib: «Futbolçular başa düşməlidirlər ki, artıq yetər. Daha bəsdir belə acınacaqlı məğlubiyyətlər». Vaqif Sadıqov ispanlarla oyundakı nəticəyə görə millinin məşçqçilərindən günah görmədiyini söyləyib: «Mən Azərbaycan futboluna, milli komandaya yaxından bələd olan adamam. Bugünkü şəraitdə nəticə əldə etmək demək olar ki, mümkün deyil. Bunu çox adam dilə gətirməyib, amma mən bu gün deməyə məcburam ki, artıq Azərbaycan futbolunun potansialı tükənir. Bu gedişlə bizi bundan da ağır məğlubiyyətlər gözləyir».
V.Sadıqovun fikrincə, Azərbaycan futboluna baxış təcili dəyişməlidir: «Bu, təkcə bir-iki nəfərə aid məsələ deyil. Məsələ kompleks şəkildə həllini tapmalıdır».

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki