İspaniyalı futbolçu Bakıda problemlə üzləşib

XƏBƏR 9 İyun 2009 / 19:10 2052
-  A +

İspaniya milli komandasının üzvü - Andres İnyestanın əvəzinə komandaya cəlb olunan Pablo Ernandes Bakıda problemlə üzləşib. Qol.Az-ın İspaniyanın “AS” qəzetinə istinadən verdiyi məlumata görə, İspaniya millisi Bakıya gələrkən hava limanın da Ernandesin vizasının olmadığı aşkarlanıb. Futbolçunun pasportla bağlı heç bir problemi olmasa da, vizanın yoxluğu ona əlavə çətinlik yaradıb. Ernandes bir qədər gözlədikdən sonra problem yoluna qoyulub.  


Son xəbərlər