“Qarabağ”ın müdafiəçisi Avroliqada iki mərhələ keçəcəklərinə inanır

“Qarabağ”ın müdafiəçisi Avroliqada iki mərhələ keçəcəklərinə inanır
XƏBƏR 9 İyun 2009 / 17:42 2048
-  A +

“İnter”ə qarşı keçirilən ölkə kubokunun final matçında zədələnən “Qarabağ”ın müdafiəçisi Aftandil Hacıyevin durumu hazırda yaxşıdır. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, 27 yaşlı müdafiəçi artıq özünü normal hesab edir. Fərdi şəkildə yüngül məşqlərə başlayan Hacıyev Avroliqaya qədər hazır olacaq: “Əlbəttə, finalın ilk dəqiqəsində zədələnəndə 2 qat pis oldum. Həm komanda çətin vəziyyətdə qaldı, həm də heç kim belə həlledici oyunda kənardan qalmaq istəməz. Sevindirci haldır ki, son anda komandamız qələbə qazandı. Belə desək, kuboku qazanmaq zədəmin sağalmasına səbəb oldu. Şükürlər olsun ki, indi hər şey yaxşıdır. İnşallah, Avroliqanın oyunlarına qədər tam hazır olacam. Ən azı 2 mərhələ keçmək istəyirik. Düzdü, bu çətin olsa da, mümkün olmayan heç nə yoxdur. Hətta qışda verdiyim açıqlamada “Qarabağ”ın avrokuboklara gedəcəyini söyləmişdim. İndi qalır avrokuboklarda 2 mərhələ keçmək. İnşallah, bu il azarkeşlərimizi Avropa uğurlarıyla sevindirəcəyik. Təbii ki, ölkə birinciliyində də ötən mövsümdəki nəticəni daha da yaxşılaşdıracağıq. Kubokun yanında çempionluğu qazanmaq heç də pis olmazdı”. 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki