İspan jurnalisti Bakıdan yazdı: “Buranı Madrid və ya Parislə müqayisə etmək yalnışlıq olardı. Amma...”

XƏBƏR 9 İyun 2009 / 17:27 2311
-  A +

Bu gün keçiriləcək Azərbaycan - İspaniya oyununa ölkəmizdə olduğu kimi, İspaniyada da böyük maraq var. Qol.Az-ın məlumatına görə, bu ölkənin aparıcı qəzetlərindən olan “AS”ın əməkdaşı İspaniya millisinin Bakıya gəlişi, buradakı qarşılanması, eləcə də ölkəmiz haqda geniş yazı hazırlayıb. İspaniyalı həmkarımız yazısının əvvəlində millilərinin səfərinə yer verib: “İspaniya millisini Bakıya gətirən təyyarə kifayət qədər böyük idi. Təyyarənin ön hissəsini millinin texniki heyəti və futbolçular zəbt etmişdilər. İkinci hissədə federasiya rəsmiləri, ən sonda isə jurnalistlər əyləmişdilər. Milli Bakıya yeni - “Mariya Barbara de Braqansa” adlanan təyyarə ilə gəlmişdi. Nümayəndə heyətinə İspaniya Kral Futbol Federasiyasının prezidenti Angel Mariya Villar başçılıq edir. Futbolçuların ətrafında isə idman direktoru Fernando Hierro yer almışdı. İspaniyalı futbolçular təyyarə havaya qalxdıqdan bir qədər sonra tibbi personalın onlara təqdim etdiyi xüsusi yeməklərlə qidalandıqdan sonra yatdılar. Demək olar ki, futbolçular bütün yol boyu yuxuda oldular. Onlar yalnız təyyarə Bakıya enərkən yuxudan ayıldılar”.
“AS” qəzetinin əməkdaşı eyni zamanda şəhərimiz haqda da söhbət açıb. İspaniyalı həmkarımız hətta Bakının “Küləklər şəhəri” adlandırılmasından belə xəbərdardır: “Biz Bakıya enərkən saat yerli vaxtla 9-u göstərirdi. Bakıya endikdən dərhal sonra anladım ki, bu şəhəri əbəs yerə “Küləklər şəhəri” adlandırmırlar. Həqiqətən də çox güclü külək əsirdi. 100-dən bir qədər artıq yerli azarkeş sevimli futbolçularını qarşılamağa gəlmişdi. Onların bəzilərinin əynində “Barselona” və “Real”ın formalarını görmək mümkün idi. Azarkeşlər Avropa çempionlarına həqiqətən də möhtəşəm dəstək verirdilər. Bakı “Küləklər şəhəri” olmasından əlavə həm də gözəlliyi ilə seçilirdi. Düzdür, buranı Madrid və ya Parislə müqayisə etmək yalnışlıq olardı. Amma şəhərin inkişafa təzə-təzə qədəm qoyduğunu sezmək mümkün idi”.
Yazının sonunda həmçinin ölkəmizin yerləşdiyi region haqda da qısa məlumat verilib: “Aeroportdan birbaşa otelə gələn İspaniya millisinin futbolçuları artıq otaqlarında dincəlirlər. Şəhərin mərkəzi hissəsinə yaxın ərazidə yerləşən oteldə istirahət üçün hər bir şərait var. Azərbaycanın Qafqazda yerləşdiyini də qeyd edək. Xəzər dənizinin sahilində yerləşən bu ölkə şimaldan Rusiya, qərbdən Gürcüstan və Ermənistan, cənubdan isə İranla həmsərhəddir”.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın