"Barselona" qalibiyyətdən doyub"

"Barselona" qalibiyyətdən doyub"
DÜNYA FUTBOLU 2 Mart 2013 / 14:01 3575
-  A +

“Barselona”nın keçmiş futbolçusu Ronald Kuman sabiq komandasının son uğursuz çıxışlarının səbəbindən danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, “Barselona”nın əvvəlki qədər istəkli olmadığını bildirən veteran futbolçu mətbuata açıqlamasında deyib: “Barelona”da arzu və istək çatışmır. Qalib gəlməyə əvvəlki qədər ac deyil. Son on ildə komanda bu qədər formadan düşməmişdi.  Artıq adi futbol oynayırlar”.

“Real”ın “EL-Klassiko”ya çox əhəmiyyət verməyəcəyini bildirən Kuman “Real” üçün Çempionlar Liqası daha önəmlidir. Fikirləri orda qalacaq. Onsuz da “Barselona”yla arasında xal fərqi çoxdur.  “Barselona” La Liqanı çox asanlıqla qazanacaq” - deyərək sözlərini tamamlayıb. 

Son xəbərlər