Georgi Nikolov: “Görünür Türkiyə mətbuatı Bakı “İnter”ini, İtaliya “İnter”i ilə səhv salıb”

XƏBƏR 9 İyun 2009 / 15:40 2092
-  A +

“Mən də istər Türkiyə, istərsə də Azərbaycan mətbuatından oxumuşam ki, Serjio Oliveyra bizim komandaya transfer olunub. Amma mənim bu haqda heç bir məlumatım yoxdur”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “İnter”in Türkiyənin “Sivasspor” klubunun braziliyalı futbolçusu Serjio Oliveyranı transfer etməsinə münasibət bildirərkən, paytaxt klubunun prezidenti Georgi Nikolov deyib. Nikolov bildirib ki, Türkiyə mətbuatı onları İtaliya “İnter”i ilə səhv salıb: “Mən bilirəm ki, baş məşqçilərimiz də həmin futbolçuyla maraqlanmayıblar. Ümumiyyətlə, mən deyərdim ki, bizim klubdan heç kim “Sivasspor”la bu transfer barədə danışıqlar aparmayıb. Görünür, Türkiyə mətbuatı səhvə yol verib. Yəqin onlar bizi İtaliya “İnter”i ilə səhv salıblar”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord