Berti Foqtsun yeni "icadı" və ya Rəşad Sadıqov ispanlara qarşı oynaya biləcəkmi?

Berti Foqtsun yeni "icadı" və ya Rəşad Sadıqov ispanlara qarşı oynaya biləcəkmi?
ÖLKƏ FUTBOLU 9 İyun 2009 / 15:17 3002
-  A +

Milli komandamızın kapitanı Rəşad Sadıqovun Türkiyəylə oyunda aldığı «qırmızı vərəqə»yə görə bu gün İspaniyaya qarşı matçı buraxacağı haqda dolaşan söhbətlər yanlışdır. Futbol azarkeşləri arasında çaşqınlıq yaranmaması üçün bildirək ki, yoldaşlıq görüşləri qeyri-rəsmi xarakter daşıdığından alınan sarı və ya qırmızı vərəqələr də birbaşa məhz həmin oyuna aiddir. Mövcud qaydalara əsasən, tərəflərin razılığı olarsa, yoldaşlıq oyununda hətta qırmızı vərəqə görən oyunçu belə matçı davam etdirə bilər.
AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarov da Rəşad Sadıqovun İspaniyaya qarşı oynaya biləcəyini söyləyib. G.Cabbarov da bildirib ki, yoldaşlıq matçlarında alınan cəzaların növbəti rəsmi və qeyri-rəsmi oyunlara qətiyyən aidiyyatı yoxdur.
Xatırladaq ki, Rəşadın Türkiyəylə oyunda aldığı qırmızı vərəqəyə görə bugünkü qarşılaşmanı buraxacağı haqda ilk dəfə milli komandamızın baş məşqçisi Berti Foqts açıqlama verib.

Daha çox


Son xəbərlər