UEFA “Fənərbaxça”nın stadionuna yenə qadağa qoydu

UEFA “Fənərbaxça”nın stadionuna yenə qadağa qoydu
DÜNYA FUTBOLU 28 Fevral 2013 / 12:04 3235
-  A +

UEFA İntizam Komitəsi “Fənərbaxça” klubuna növbəti sərt cəza tədbiq edib.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, İstanbul klubunun Avropa Liqasında növbəti ev oyununu azarkeşlərin iştirakı olmadan keçirilməsi haqda qərar çıxarılıb. Sanksiya “Fənər”in martın 14-də Çexiya“Viktoriya”sına qarşı keçiriləcək Avroliqanın 1/8 final oyununu əhatə edəcək.

Qeyd edək ki, “Fənərbaxça” azarkeşlərinin meydançaya pirotexnik vasitələr atması səbəbindən UEFA bu komandanın 1/16 finalın BATE-ylə oyununu da qapalı tribunalar önündə keçirmək haqda qərar vermişdi. Buna baxmayaraq, hətta belə vəziyyətdə də türk azarkeşlər stadionun kənarından meydançaya yanar əşya atmağı bacarmışdılar.

UEFA həmçinin növbəti mövsümdən “Fənərbaxça”nı şərti olaraq avrokuboklardan uzaqlaşdırıb. Əgər azarkeşlər problemləri davam etdirsə, qərar rəsmən qüvvəyə minəcək.

Bundan başqa, Avropanın ali futbol qurumu “Fənərbaxça”ya 60 min avro məbləğində cəza kəsib.


Son xəbərlər