Azərbaycan - İspaniya oyununu peyk antenalarında da izləmək olacaq

Azərbaycan - İspaniya oyununu peyk antenalarında da izləmək olacaq
ÖLKƏ FUTBOLU 9 İyun 2009 / 14:50 2639
-  A +

Azərbaycan və İspaniya milli komandaları arasında bu gün keçiriləcək yoldaşlıq görüşünü peyk antenaları vasitəsilə də izləmək mümkün olacaq. Bu barədə Qol.Az saytına Azərbaycan Dövlət Televiziyasının mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova məlumat verib. Onun sözlərinə görə, bundan başqa, xaricdə yaşayan soydaşlarımız qarşılamanı AzTV-nin rəsmi İnternet saytında (aztv.az) da izləyə bilərlər.
Xatırladaq ki, rəsmi və bir sıra yoldaşlıq görüşlərinin bəzilərinin yayımı peyn antenalarında dayandırılırdı.
Qeyd edək ki, Azərbaycan - İspaniya qarşılaşması bu gün Bakı vaxtıyla saat 21.00-da başlayacaq və AzTV vasitəsilə canlı yayımlanacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord