İnyesta "Barselona"nın uğursuzluğunun əsl səbəbini açıqladı

İnyesta "Barselona"nın uğursuzluğunun əsl səbəbini açıqladı
DÜNYA FUTBOLU 27 Fevral 2013 / 19:24 6297
-  A +

“Barselona”nın yarımmüdafiəçisi Andres İnyesta komandanın son oyunlar uğursuz çıxışının səbəblərindən danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli futbolçu "Barselona"nın oyununda eniş olmasını birbaşa baş məşqçi Tito Vilanovanın yoxluğuı ilə əlaqələndirib: “Onun səhhətindəki problemlər səbəbindən ABŞ-da olması bizə ciddi təsir edir. Asan bir vəziyyət deyil. Təbii ki, Titonun sağlamlığı hər şeydən önəmlidir. Ümid edirəm, o, komandaya dönəndə hələ də Çempionlar Liqasında mübarizəyə davam edərik və La Liqada liderliyimizi qoruyarıq”.

A.İnyesta Çempionlar Liqasında “Milan”a, sonra isə “Kral kuboku”nda “Real”a uduzduqları oyunda yaxşı təsir bağışlamayan komanda yoldaşı Messini də müdafiə edib: “Bu uğursuzluq ümumən komandanın problemidir. Messinin yaxşı və pis oynamağına dəxli yoxdur. Son vaxtlar hücumda son nöqtəni qoya bilmirik. Bunun üçün Messini günahlandırmaq mərhəmətsizlik olar”.

Qeyd edək ki, şənbə günü "Barselona"  La Liqada "Real"la yenidən üz-üzə gələcək.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı