Messi Roberto Karlosa çatdı

Messi Roberto Karlosa çatdı
DÜNYA FUTBOLU 27 Fevral 2013 / 12:22 3651
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi  “Real”la “Kral kuboku”nun yarımfinal mərhələsinin cavab oyununda  “El-Klassiko”da Roberto Karlosdan sonra 24 dəfə forma geyinmiş ikinci əcnəbi oyunçu olub.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 1996-2007-ci illərdə “Real”ın formasını 370 dəfə geyən Roberto Karlos “Barselona”ya qarşı 24  matça çıxıb.

Eyni zamanda Messi bu mövsüm “Barselona”nın heyətində 38 oyunda 49 dəfə qol vurub və 23 “El-Klassiko” matçında 17 qol vurmaqla klubun rekordunu təzələyib.


Son xəbərlər