İspaniya millisi Bakıda rekorda imza ata bilər

İspaniya millisi Bakıda rekorda imza ata bilər
XƏBƏR 9 İyun 2009 / 13:29 3202
-  A +

Bu gün milli komandamızla qarşılaşacaq İspaniya millisi rekorda imza ata bilər. Qol.Az-ın məlumatına görə, keçirdiyi son 31 oyunda məğlubiyyət üzü görməyən Avropa çempionları bu göstəriciyə görə rekordçusu olan Macarıstana şərik çıxıblar. İspanlar bu gün millimizə məğlub olmasalar, o zaman məğlubiyyətsiz oyunlar seriyası 32-ə çatacaq və komanda bu göstəriciyə görə “köhnə qitə”də birinci olacaq.
1950-ci illərin əfsanəsi, “Qızıl komanda” ləqəbini almış Macarıstan millisi 4 il ərzində keçirdiyi 31 oyunun heç birində meydanı məğlub kimi tərk etməmişdi.
Visente Del Boskenin yetirmələri isə sonuncu dəfə 2007-ci ilin fevralında səfərdə İngiltərəyə uduzub.
Qeyd edək ki, dünyada ən uzun məlubiyyətsiz oyunlar seriyası 5 qat dünya çempionu Braziliyaya məxsusdur. “Pentakampeonlar” 1993-1996-cı illər aralığında keçirdikləri 35 matçda da məğlubiyyət üzü görməyib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı