Serbiya, Ukrayna və Estoniyadan olan futbolçular “Simurq”da baxışdadırlar

XƏBƏR 9 İyun 2009 / 13:00 1967
-  A +

“Simurq” iyunun 7-dən yeni mövsümün və Avropa Liqası turnirinin hazırlıqlarına başlayıb. Həmin gün komanda yalnız axşam məşqinə çıxıb və baş məşqçi Roman Pokora krossla kifayətlənib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, dünən Zaqatala Olimpiya İdman kompleksinin meydançasına iki dəfə çıxan "Simurq" topla ilk çalışmalarını keçirib. Səhər məşqində müxtəlif təmrinlər üzərində çalışan futbolçular axşam ikitərəfli oyunda üz-üzə gəliblər. Qeyd edək ki, hazırda komandanın düşərgəsində müqavilə ilə "Simurq"a məxsus 14 futbolçudan əlavə, baxışa gələn daha 9 nəfər var. Onlardan 4-ü - Elnur Əliyev, Rəhman Həsənov, Hafiz Əliyev və Mikayıl Rəhimov - yerli futbolçulardır. Baxışda olanların arasında Serbiyadan Vladimir Bulatoviç (orta xətt) və Nenad Beqoviç (müdafiəçi), ukraynalı Aleksandr Şevelyuxin (müdafiəçi) və estoniyalı Vladislav İvanov (hücumçu) da var. Onların arasında məşqçi korpusu tərəfindən bəyənilənlər komanda ilə birgə Gürcüstana - təlim-məşq toplanışına yollanacaq. Futbolçuların taleyinə məhz orada aydınlıq gələcək.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq