İspaniya millimizə güzəştə getmədi - 0:6

XƏBƏR 9 İyun 2009 / 22:53 3614
-  A +

Bu gün milli komandamız yoldaşlıq oyunu çərçivəsində İspaniya milli komandası ilə qarşılaşdı. Qol.Az saytı Respublika stadionundan canlı mətn-reportaj yayımladı. Azərbaycan - İspaniya oyununun ən maraqlı anları, fotolar, qarşılaşmadan sonra məşqçi və futbolçuların fikirləri ilə Qol.Az-da tanış ola bilərsiniz.
 
AZƏRBAYCAN - İSPANİYA - 0:6
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: İqor İşenko (Ukrayna)
Baş hakimin köməkçiləri: Oleq Plujnik, Oleq Muravyov (hər ikisi - Ukrayna)
Dördüncü hakim:
Fariz Yusifov (Azərbaycan)
Hakim-inspektor:
Gülağa Cabarov (Azərbaycan)

AZƏRBAYCAN:
1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3.Saşa Yunusoğlu, 4. Mahir Şükürov, 9. Samir Abbasov, 10. Branimir Subaşiç, 14. Rəşad Sadıqov (k), 15. Cavid Hüseynov, 16. Cəmşid Məhərrəmov, 19. Daniel Axtyamov, 22. Zeynal Zeynalov
Ehtiyat oyunçular:
12. Səlahət Ağayev, 23. Rauf Mehdiyev, 6. Elmar Baxşıyev, 8. Aleksandr Çertoqanov, 11. Leandro Qomeş, 13. Ernani Pereyra, 17. Fabio Luis Ramim, 18. Vüqar Nadirov, 20. Vladimir Levin, 25. Tural Cəlilov
Baş məşqçi:
Berti Foqts

İSPANİYA
: 1. İker Kasilyas (k), 2. Raul Albiol, 4. Karlos Marçeano, 7. David Vilya, 9. Fernando Torres, 10. Çesk Fabreqas, 11. Joan Kapdevilya, 14. Xabi Alonso, 18. Albert Riera, 19. Alvaro Arbeloa, 20. Santyaqo Kazorla
Ehtiyat oyunçular:
23. Xose Reyna, 3.Piove Cerard, 5. Karlos Puyol, 8. Havi Ernandes, 6. Pablo Ernandes, 12. Serjio Buskets, 13. Dieqo Lopez
Baş məşqçi:
Visente Del Boske  


Oyun başa çatdı.
89. Millimiz künc zərbəsi zamanı yenə də ənəvi taktikasından isrtifadə etməyə çalışır. Amma bu dəfə də qol vurmaq mümkün olmadı. Azarkeşlər isə "isefa, istefa" qışqırırlar.
88. QOL. Torres altıncı qolu millimizin qapısından keçirdi.
84. Millimizin heyətində oyunçu dəyişikliyi. Samir Abbasovu Vladimir Levin əvəzləyir. Bu arada azarkeşlər də stadionu tək etməyə başlayıblar.
80. Beşinci qoldan sonra da İspaniya millisi hücumlarını davam etdirir. 
72. QOL. Quiza beşinci qolu vurdu.
70. İspaniya millisinin heyətində növbəti oyunçu dəyişikliyi baş verdi. Meydana "Fənərbaxça"lı Quiza daxil oldu.  
69. QOL. Riera dördüncü qolu qapımızdan keçirdi.
65. Axtyamov növbəti dəfə cərimə meydançasında yerdə qalsa da, hakimin fiti bu dəfə də susdu.
59. Millimiz hesab arasındakı fərqi azalda bilərdi. Lakin Reyna çıxışda səhvsiz oynadı.
53. Bu dəfə də Axtyamov topa toxuna bilmədi. Azarkeşlər artıq stadionda fişəng yandırırlar.
52. Zeynal cərimə meydançasının daxilində yerdə qalsa da,hakimin fiti susdu.
50. Axtyamov Railin ötürməsinə toxuna bilmədi.
47. Torres az qala Fərhadla təkbətək çıxacaqdı. Lakin son anda qolkiperimiz topa yiyələndi.
Komandalar ikinci hissəy əvəzetmələrlə başlayırlar. Millimizin heyətində Cəmşid Məhərrəmovu Elmar Baxşıyev, Branimir Subaşiçi isə Vüqar Nadirov əvəzlədi. Qonaqların heyətində Kasilyası Reyna, Fabreqası Xavi, Kapdevilyanı Ramos, Vilyanı isə Buskets əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.

45. QOL. Vilya het-trikini rəsmiləşdirdi.
44. Hakim qapımıza penalti təyin etdi. Zeynal Zeynalov cərimə meydançasının daxilində Fabreqasa qarşı kobud oynadı.
39. QOL. Vilya dublunu rəsmiləşdirdi. Təcrübəli forvard bu dəfə uzaqdan zərbə ilə qapını dəqiq nişan aldı.
35. QOL. David Vilya hesabı açdı. Cinahdan ötürülən topaTorres toxuna bilməsə də, Vilya şansını boşa vermədi.
32. Kazorlanın zərbəsi təhlükəli alınsa da, Fərhad səhvsiz oynadı.
30. İnanılmaz... Yunusoğlu yüz faizli qol şansını qaçırdı. O topuna toxuna bilsəydi, Kasilyas da çətin ki komandasını qoldan xilas edə bilərdi.
28. İspaniya milli komandası hücumlarnı davam etdirir. Lakin arxa xəttimiz hələ ki güclü rəqibə göz açmağa imkan vermir.
25. Millimizin növbəti hücumu təhlükəli alına bilərdi. Lakin Cəmşidin zərbəsi qüvvətli alınmadı.
20. Xabi Alonsonun uzaqdan zərbəsi qapının üstündən keçdi.
17. Cavid Hüseynovun zərbəsi az fərqlə qapının üstündən keçdi.  
16. Millimiz qol şansını boşa verdi. Daniel Axtyamov az qala cərimə zərbəsindən hesabı açacaqdı. Son anda Kasilyas topu küncə çıxardı.
13. Torres az qala qapıçı ilə təkbətək çıxacaqdı. Lakin Fərhad son anda topa ondan tez çatdı.
12. İspaniya millisi ilk real qol şansını boşa verdi. Vilyanın zərbəsi qapı dirəyinə tuş gəldi.
8. İspaniya millisi oyunda ilk künc zərbəsini yerinə yetirdi. Lakin müdafiəçilərimiz təhlükəni sovuşdura bildi. Millimizin əks hücumu isə təhlükəli alınmadı. .
6. Millimiz qapıya ilk zərbəni endirdi. Lakin Axtyamovun zərbəsi qapıdan xeyli aralı keçdi. Azərkeşlər isə "bir daha, bir daha" qışqırırlar
5. İspaniya millisi ilk dəqiqələrdən fəallığı ilə seçilir. Lakin hələ ki, müdafiə xəttimiz etibarlı oynu ilə seçilir.
1. İspanlar artıq ilk dəqiqədə qapımıza zərbə endirməə müvəffəq oldular. Lakin Torresin zərbəsi qeyri-dəqiq alındı.
Oyun başladı.
                                       ***
Artıq hər iki ölkənin dövlət himnləri də səsləndi. Millimiz ağ, ispanlar isə ənənəvi qırmızı-qara formada mübarizə aparacaqlar.
                                       ***
Stadionda təxminən 17 min azarkeş var.
                                       ***
Komandalar artıq meydandadırlar. İndi hər iki ölkənin himni canlı orkestr tərfindən ifa oluncaq. 
                               ***
Komandalar oyunqabağı son məşqlərini başa vuraraq paltardəyişmə otağına yollandılar. Orkestr da artıq meydandır. 
                          ***
Artıq milli komandamızın üzvləri də meydana çıxıblar.
                                       ***
İspaniya milli artıq meydandadır. Avropa çempionları oyunqabağı son məşlərini keçirlər.
                                       ***
Matçın başlamasına 40 dəqiqə vaxt qalıb. Stadionda təxminən 4-5 min azarkeş var. "ATV" kanalının əməkdaşı Sənan Şəfizadənin aparıcılığı ilə azarkeşlər millimizi dəstəkləyirlər. Onlar bir-bir futbolçularımızın adlarını çəkilər. Oturacaqların yanında üzərində resrublikamızın dövlət himninin sözləri yazılmış və bayrağımızın rənglərini özündə əks etdirən kağızlar yer alıb. Stadionda həmçinin orkestr da var. Hər iki ölkənin dövlət himnləri məhz canlı şəkildə orkestr tərəfindən ifa olunacaq. 

Daha çox


Son xəbərlər