Mourinyo “Barselona”nı ələ saldı

Mourinyo “Barselona”nı ələ saldı
DÜNYA FUTBOLU 25 Fevral 2013 / 20:05 7088
-  A +

Bu gün “Real”ın baş məşqçisi Joze Mourinyo fevralın 27-də Kataloniyada “Barselona” ilə keçirəcəkləri İspaniya kubokunun 1/2 final mərhələsinin təkrar qarşılaşması öncəsi mətbuat konfransı təşkil edib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, növbəti “El-Klassiko”da da hər iki komanda bütün gücünü ortaya qoyacaq.

“Mər arzu edərdim ki, bu cür ağır oyunlarımız çox olsun. Nəyə görə? Çünki biz bu qarşılaşmaya hazırıq. “Barselona” ilə keçirəcəyimiz iki oyun, sonra isə “Mançester Yuneyted”lə qarşılaşmanı səbirsizliklə gözləyirik” – deyə J.Mourinyo bildirib.

Kakanın start heyətində yer alıb-almayacağı ilə bağlı suala cavabına portuqaliyalı mütəxəssis deyib: “Barselona”ya qarşı ilk 11-liyi hələ müəyyənləşdirməmişəm. Olsaydı, kimsədən nəsə gizlətməzdim”.

O, Tito Vilanovanın səhhətindəki problemlər səbəbindən “Real”la oyunda “Barselona”ya rəhbərik edəcək Xordi Rouranın görüşün hakiminə şübhə ilə yanaşması baradə açıqlamasına da cavab verib.

"Barselona” ilə əvvəllər keçirdiyimiz oyunlardan dərs almışıq. Rəqibimiz bizə hər dəfə hakimə təzyiq etməmək, rəqibə vərəqə göstərmək üçün referinin üzərinə getməmək kimi işlər başda olmaqla idman centlmenliyi və necə futbol oynamaq lazım olduğunu göstərib. Belə işlərdə onların çox bacarıqlı olmaları fikri ilə razıyam” – deyə Mourinyo bu replikası ilə “Barselona”nı ələ salıb. O, eyni zamanda “Barselona”nın Çempionlar Liqasında “Milan”a məğlubiyyətinin komandanın oyununa təsir etməyəcəyini söyləyib.

Mourinyo Xosep Qvardiolanın “Barselona”nın baş məşqçisi işləyərkən Jerad Pike də daxil olmaqla, bir neçə oyunçusunun şəxsi həyatını nəzarətdə saxlaması haqda sualı belə cavablandırıb: “Mən futbol məşqçisiyəm. Futboldankənar mövzularla maraqlanmıram”.

O, həmçinin Xabi Alonso ve Kərim Benzemanın zədəsinin sağaldığını, onların məşqlərə başladığını deyib. Mourinyo bu futbolçuların “Barselona” ilə görüşdə meydana çıxacağını istisna etməyib.

Xatırladaq ki, “Real”la “Barselona” arasında Madriddə baş tutan kubokun ilk oyunu 1:1 hesabı ilə başa çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord