"Qarabağ" qış fasiləsinə yollandı

XƏBƏR 5 Dekabr 2008 / 15:03 3061
-  A +

"Karvan"la matçdan sonra futbolçulara bir günlük istirahət vermiş "Qarabağ" məşqlərini bərpa edib. Klubun rəsmi internet səhifəsinin məlumatına görə, premyer-liqanın növbəti turuna 75 günün qalması futbolçulara fərqli proqram tərtib etmək zəruriyyəti yaradıb. Komanda üzvləri normativ yerinə yetiriblər. "Qarabağ"ın koordinatoru Mehmet Akın bildirdiyinə görə bu testdən sonra futbolçuların ümumi fiziki hazırlığı barədə toplanacaq məlumat əsasında qış fasiləsi üçün hər futbolçuya fərqli proqram tərtib edilib. "Qarabağ"lılar artıq qış fasiləsinə yollanıblar. Kollektiv yanvarın 3-də yenidən yığışacaq. Legionerlərsə 2 gün sonra Bakıda olacaq.   

 


Son xəbərlər