Fernando Torres və Serxio Ramos məşqə gecikdilər

Fernando Torres və Serxio Ramos məşqə gecikdilər
XƏBƏR 8 İyun 2009 / 21:23 2363
-  A +

Bu gün saat 19:00-da sabah milli komandamızla qarşılaşacaq İspaniya millisi oyunun keçiriləcəyi respublika stadionunda məşqə çıxdı. Qol.Az-ın məlumatına görə, Avropa çempionları arenaya məşqin başlanmasına 20 dəqiqə qalmış gəldilər. Nəzərdə tutulan vaxtda İspaniya millisi artıq meydançada idi. Yalnız iki futbolçunu - Fernando Torres və Serxio Ramosu çıxmaq şərtiylə. Adıçəkilən futbolçular nəzərdə tutalandan təxminən 5 dəqiqə sonra meydançaya ayaq basdılar.
Hazırlıq prosesinin əvvəlində futbolçular fiziki tapşırıqları yerinə yetirdilər. Ardınca isə toplu çalışmalara start verildi. Daha sonra isə baş məşqçi Del Boske yetirmələrini iki qrupa bölərək, meydanın yarı hissəsində ikitərəfli oyun keçirdi. 
İspaniya millisinin məşqini 1000-ə yaxın azarkeş izləyirdi. Futbolçular meydana ilk əvvəl daxil olarkən fanatlar onları alqışlarla qarşıladılar. Eyni zamanda hazırlıq proseinin gedişində də azarkeşlər futbolçuların lehinə müxtəlif şüarlar səsləndirdilər. Eyni zamanda futbolsevərlər milli komandamızı da dəstəkləməyi yaddan çıxartmadılar. Bəzi anlarda stadionda "Azərbaycan, Azərbaycan" şüarına da rast gəlmək mümkün idi. İspaniya millisi məşqi başa vurduqdan sonra da azarkeşlər stadionu tərk etməmişdilər. Məşqin başa çatmasından təxminən 45 dəqiqə keçməsinə, eləcə də stadionun boşaldılmasına baxmayaraq, azərbaycanlı fanatlar stadionun həyətini tərk etməmişdilər. Onlar hələ də sevimli futbolçuları ilə şəkil çəkdirəcəklərini və ya onlardan avtoqraf alacaqlarını güman edirdilər.
Əlavə edək ki, KİV nümayəndələrinin məşqdən əvvəl, eləcə də sonra xeyli səy göstərmələrinə baxmayaraq, futbolçulardan heç kim danışmadı. Hətta azarkeşlərin futbolçularla şəkil çəkdirib, onlardan avtoqraf almaları belə elə arzu olaraq qaldı. Yalnız tək-tük fanat ispan futbolçulara yaxınlaşıb, onlarla şəkil çəkdirə bildi.           

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi