Roberto Mançini özündən çıxdı

Roberto Mançini özündən çıxdı
DÜNYA FUTBOLU 22 Fevral 2013 / 21:54 3410
-  A +

“Mançester Siti”nin baş məşqçisi Roberto Mançini bu gün keçirilən mətbuat konfransında reportyorların onun gələcək karyerası ilə bağlı sualından bərk qəzəblənib.

Qol.Az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu həftə “MS”yə İspaniya “Malaqa”sının baş məşqçisi Manuel Palleqrinin gətiriləcəyi haqda məlumat yayılıb. Mançinin də əsəbiləşdirən məhz bununla bağlı sual olub.

“Lənət şeytana. Mən artıq hər həftə eyni suala cavab verməkdən yorulmuşam. Qarşıda hələ iki ay var, bu müddətdə hər şey ola bilər” – deyə o vurğulayıb.

“Amma prinsipcə mən başa düşürəm ki, siz öz işinizi görürsünüz. İnciməyin. Hər həftə eyni sualı eşitmək adama xoş gəlmir” – deyə Mançini bir qədər yumşalıb.
 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı