Zeynal Məmmədov: “Yeni transferlərimiz milli komandalarda forma geyinmiş futbolçular olacaq”

Zeynal Məmmədov: “Yeni transferlərimiz milli komandalarda forma geyinmiş futbolçular olacaq”
XƏBƏR 8 İyun 2009 / 18:56 2083
-  A +

"Konkret olaraq ad çəkmək düzgün olmazdı, bir cox oyunçularla maraqlanır, onlar barədə ətraflı məlumatlar toplayırıq. Yalnız onu deyə bilərəm ki, onların böyük əksəriyyəti öz ölkələrinin milli komandalarının formasını geyən futbolçulardır". Qol.Az-ın məlumatına görə, bu sözləri son Azərbaycan çempionu "Bakı"nın baş meneceri Zeynal Məmmədov klubun rəsmi saytına verdiyi açıqlamsında deyib. O seçim üçün vaxtlarının olduğunu da qeyd edib: "Seçim üçün kifayət qədər vaxtımız var, heyətimizdə görmək istədiyimiz oyunçuları baxışa dəvət edəcəyik. Son söz baş məşqçiyə məxsusdur, qərarı da o verəcək. Klub isə onun bəyəndiyi futbolçuların transferini reallaşdırmağa çalışacaq. Tələsməyə ehtiyac yoxdur, heyətimizə cəlb etdiyimiz yeni futbolçular barədə ətraflı məlumat veriləcək". 

 

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord