Avroliqa: 1/8 finaldakı cütlüklər müəyyənləşdi (YENİLƏNİB)

Avroliqa: 1/8 finaldakı cütlüklər müəyyənləşdi (YENİLƏNİB)
DÜNYA FUTBOLU 22 Fevral 2013 / 02:05 11557
-  A +

Bu gün UEFA Avropa Liqasında 1/16 finalın təkrar oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, bugünkü oyunlara “Rubin” – “Atletiko” matçı ilə start verilib. Kazan təmsilçisi Moskvada keçirilən oyunda 0:1 hesabı ilə uduzsa da, iki görüşün ümumi yekununda bu yarışın son qalibi olan "Atletiko"nu məğlub edərək növbəti mərhələyə adlayıb.

Bu qarşılaşmadan sonra isə azərbaycanlı azarkeşlər üçün daha böyük maraq doğuran “Fənərbaxça” – BATE görüşü başlayıb. İki oyunun nəticəsinə görə 1:0 hesabı ilə qalib gələn Türkiyə təmsilçisi 1/8 final mərhələsinə vəsiqə qazanb.

Qeyd edək ki, UEFA-nın qərarı ilə İstanbul təmsilşisi bu matçı azarkeşlərin iştirakı olmadan keçirib.

21 fevral

Avropa Liqası, 1/16 finalın təkrar oyunları

21:00. “Rubin” (Rusiya) – “Atletiko” (İspaniya) - 0:1
Qol:
Falkao, 84
İlk oyun: 2:0

22:00. “Dnepr”(Ukrayna) – “Bazel” (İsveçrə) - 1:1
Qollar: Seleznyov, 76 (1:0), Sşar, 81 (1:1)
İlk oyun: 0:2

22:00. “Latsio” (İtaliya) – “Borussiya” (Münhenqladbax, Almaniya) - 2:0
Qollar: A.Kandreva, 10 (1:0), A.Qonzales, 33 (2:0)
İlk oyun: 3:3


22:00. “Genk” (Belçika) – “Ştutqart” (Almaniya) - 0:2
Qollar: Boka, 45, Qentner, 58
İlk oyun: 0:0


22:00. “Kluj” (Rumıniya) – “İnter” (İtaliya) - 0:3
Qollar:
F.Quarin, 22, 45+1, Benassi, 89
İlk oyun: 0:2


22:00. “Metallist” (Ukrayna) – “Nyukasl” (İngiltərə) - 0:1
Qol:
Ameobi, 64
İlk oyun: 0:0


22:00. “Lion” (Fransa) – “Tottenhem” (İngiltərə) - 1:1
Qollar:
M.Qanolons, 17, Dembele, 90
İlk oyun: 1:2


00:05.  “Benfika” (Portuqaliya) – “Bayer” (Almaniya)-2:1 (İkinci hssə)
Qollar
: Con,60, Skurle, 76, Matik, 77
İlk oyun: 1:0

00:05. “Bordo” (Fransa) – “Dinamo” (Kiyev, Ukrayna)-1:0 
Qol:
Diabete, 42
İlk oyun: 1:1

00:05. “Çelsi” (İngiltərə) – “Sparta” (Çexiya)-1:1
Qollar:
Lafata, 17, Hazard, 90+2
İlk oyun: 1:0

00:05. “Fənərbaxça” (Türkiyə) - BATE (Belarus)-1:0
Qol:
Baroni, 45+1
Qırmızı vərəqə: Baqa (BATE)
İlk oyun: 0:0

00:05. “Hannover” (Almaniya) – “Anji” (Rusiya)-1:1
Qollar: Pinto, 70, Traore, 90+8
İlk oyun: 1:3

00:05.  “Liverpul” (İngiltərə) – “Zenit” (Rusiya)-3:1 
Qollar:
Hulk, 19, Suares, 28, 59, Allen, 43
İlk oyun: 0:2

00:05.  “Olimpiakos” (Yunanıstan) – “Levante” (İspaniya)-0:1 
Qol:Martins,9
İlk oyun: 0:3

00:05. “Styaua” (Rumıniya) – “Ayaks” (Hollandiya)-2:0 (Pen. 4:2)
Qollar:
Latovlevici, 38, Çiriçes, 76
İlk oyun: 0:2

00:05. “Viktoriya” (Çexiya) – “Napoli” (İtaliya)-2:0 
Qollar:
Kovrik, 59, Tekl, 74
İlk oyun: 3:0




1/8 finalda qarşılaşacaq komandalar bunlardır:

“Viktoriya” - “Fənərbaxça”
“Benfika” - “Bordo”
“Anji” - “Nyukasl”
“Ştutqart” - “Latsio”
“Tottenhem” - “İnter”
“Levante” - “Rubin”
“Bazel” - “Zenit”
“Styaua” - “Çelsi”


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın