Azarkeşlər İspaniya millisinin məşqinə buraxılmırlar

XƏBƏR 8 İyun 2009 / 17:46 2026
-  A +

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda İspaniya millisi ilə yoldaşlıq görüşündə üz-üzə gələcək Azərbaycan milli komandasının məşq proqramında dəyişiklik edilib. Qol.Az-ın məlumatına görə, millimizin ispanlarla oyun öncəsi son məşqi əvvələcən də planlaşdırıldığı kimi saat 17:30-da yox, saat 18:00-da başlanacaq. Bu arada, hazırda Respublika stadionunda olan əməkdaşımızdan aldığımız məlumata görə, saat 19:00-da başlamalı olan İspaniya millisinin məşqini izləməyə gələn çoxsaylı azarkeşlər qapı arxasında qalıb. Buna səbəb onların içəri buraxılmamasıdır. Halbuki, əvvəlcədən məşqin azarkeşlərin üzünə açıq olacağı bildirilmişdi.
Lakin sonradan bu problem yoluna qoyuldu. Fanatlar stadiona daxil oldular.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı