Çimərlikdə qələbə

XƏBƏR 8 İyun 2009 / 17:37 2032
-  A +

İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində iştirak edən Azərbaycan millisi bu gün Almaniya millisi ilə qarşılaşıb. Oyun 5:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın qollarını Elşad Quliyev (3 qol), İlham Əzizzadə və Hikmət Bağırov vurub.
Millimiz qrupda son oyununu sabah Avstriyaya qarşı keçirəcək.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
 

Daha çox


Son xəbərlər