Blatter: “FİFA MDB çempionatına heç vaxt icazə verməyəcək”

Blatter: “FİFA MDB çempionatına heç vaxt icazə verməyəcək”
DÜNYA FUTBOLU 19 Fevral 2013 / 14:02 2633
-  A +

FİFA prezidenti Yozef Blatter MDB çempionatının yaradılması ideyasına münasibət bildirib.

Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, bu çempionat FİFA-nın prinsiplərinə ziddir.

“Ona görə də FİFA bu ideyanı heç vaxt dəstəkləməyəcək. Klublar oyunlarını öz ölkələrinin milli çempionatında keçirməlidir. Milli liqaları dəstəkləmək vacibdir. Bu, bütün futbol ailəsinin siyasəyidir. Biz milli çempionatların öz sərhədlərini aşmasına imkan verməyəcəyik. Avropa yalnız UEFA belə yarışlar, məsələn, Çempionar Liqası kimi transsərhəd turnirlər keçirmək hüququna malikdir .Bu, eynilə digər qitələrdə keçirilən turnirlərə də aiddir. Ona görə də FİFA heç zaman MDB çempionatına icazə verməyəcək” – deyə o bəyan edib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın