Messi “Barselona”ya yenə qələbə qazandırdı

Messi “Barselona”ya yenə qələbə qazandırdı
DÜNYA FUTBOLU 17 Fevral 2013 / 00:56 4068
-  A +

İspaniya La Liqasında 24-cü turunda lider “Barselona” növbəti qələbəsini qazanıb.

Qol.Az-ın məlumatına görə, “Qranada”nın qonağı olan Kataloniya təmsilçisi Lionel Messinin 50 və 73-cü dəqiqələrdə vurduğu qollar hesabına 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı isə 26-cı dəqiqədə “Qranada”lı O.İghalo açıb.

Bu qələbədən sonra “Barselona” 65 xalla liderliyi davam etdirir. İkinci pillədəki “Atletiko” 23 oyundan 50, ücüncü yerdəki “Real” isə 46 xal toplayıb.

Fevralın 17-də “Atletiko” səfərdə “Valyadolid”, “Real” isə öz meydanında “Rayo Valyekano” ilə qarşılaşacaq.

Yeri gəlmişkən, Lionel Messi “Qranada” ilə oyunda özünə məxsus olan rekordu yenə qırıb. O, artıq 14 oyundur ki, La Liqada meydanı qol vurmadan tərk etmir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı