“MKT-Araz”ın sabiq futbolçusu: “Azərbaycandan təklif almışam”

“MKT-Araz”ın sabiq futbolçusu: “Azərbaycandan təklif almışam”
XƏBƏR 8 İyun 2009 / 14:11 3317
-  A +

Bir vaxtlar İmişlinin “MKT-Araz” klubunun şərəfini qoruyan makedoniyalı hücumçu Zoran Boldovaliyev yenidən ölkəmizə qayıda bilər. Bu haqda o, Makedoniyanın “Vreme” qəzetinə verdiyi açıqlamasında deyib. Qol.Az-ın adıçəkilən mənbəyə istinadən, futbolçu aldığı təkliflər haqqında danışarkən bunu deyib: “Sofiya “Lokomotiv”i ilə müqaviləm başa çatıb və sərbəst şəkildə istədiyim kluba keçə bilərəm. Təkliflər çodxur. Yunanıstan, Rusiya, Kİpr, Ukrayna, Türkiyə və Azərbaycan klublarından təkliflər almışam. Həmin klubların rəhbər şəxsləri mənimlə əlaqə saxlayaraq öz klublarına dəvət ediblər. Lakin hələlik öz qərarımı verməmişəm. Yaxın gümlərdə, bunu açıqlayacam”.

 

Daha çox


Son xəbərlər