Serxi Buskets: “Azərbaycanın hamılıqla müdafiə olunub, hamılıqla hücum etməsi mənə qaranlıq qalır”

Serxi Buskets: “Azərbaycanın hamılıqla müdafiə olunub, hamılıqla hücum etməsi mənə qaranlıq qalır”
ÖLKƏ FUTBOLU 8 İyun 2009 / 13:38 2642
-  A +

“Sabahkı oyun bizim üçün böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanla qarşılaşma Konfederasiyalar kubokuna hazırlıq məqsədi daşıyır. Bunun üçün meydana ancaq qələbə üçün çıxacağıq. Niyə məhz Azərbaycanı seçməyimiz haqqında isə mən bir söz deyə bilmərəm. Milli üçün rəqibi İspaniya Futbol Federasiyasının rəhbərliyi seçir. Onlar bu dəfə Azərbaycanı seçiblərsə, biz də çıxıb oynamalıyıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri sabah millimizlə keçiriləcək oyun öncəsi təşkil olunan mətbuat konfransında İspaniya millisinin və “Barselona”nın yarımmüdafiəçisi Serxi Buskets deyib. Kataloniya klubunun üzvü milli komandamız haqqında da maraqlı açıqlamalar verib: “Azərbaycanın oyunu haqqında məlumatım var. Millinizin qarşılaşmasınə izləmişəm. Sizin komandanız hamılıqla müdafiə olunub, hamılıqla hücuma heçir. Bu cür taktika şəxsən mənə qaranlıq qalır”. 

 

Daha çox


Son xəbərlər