Droqbanın "Qalatasaray"da ilk oyunu və ilk qolu

Droqbanın "Qalatasaray"da ilk oyunu və ilk qolu
DÜNYA FUTBOLU 15 Fevral 2013 / 23:50 5653
-  A +

"Qalatasaray"ın yeni transferi Didye Droqba, yeni komandasında  ilk matçına çıxıb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, Türkiyə Superliqasının 22-ci turunun ilk oyunu - "Akhisar" -  "Qalatasaray" (1:2) matçında Droqba ilk qolunu vurub.

O, start heyətdə meydana çıxmasa da oyununu 63-cü dəqiqəsində Umut Buludun yerinə meydana daxil olub və 68-ci dəqiqədə  "Qalatasaray"da ilk qolunu vurub.

Qeyd edək ki, oyunun 71-ci dəqiqəsində Burak Yılmazın vurduğu qolun ötürməsini də Droqba edib. Bununlada "Qalatasaray" 43 xalla turnir cədvəlində liderliyini qoruyur. "Beşiktaş" 35 xalla ikinci, "Fənərbaxça" 34 xalla üçüncü yerdədir. 

15 fevral

Türkiyə Superliqasında 22-ci turun oyunları

"Akhisar" - "Qalatasaray" - 1:2
Qollar: Didye Droqba, 68 (0:1), Burak Yılmaz, 70 (0:2), Sertan, 85 (1:2)

 

16 fevral

"Eskişehirspor" - "Kayserispor"

"Antalyaspor" - "Karabükspor"

"Beşiktaş" - "Qaziantepspor"


17 fevral

"Gənclərbirliyi" - "Mersin İdmanyurdu"

"Orduspor" - "İstanbul BB"

"Bursaspor" - "Elazığspor"

"Trabzonspor" - "Fənərbaxça"

 

18 fevral

"Kasımpaşa" - "Sivasspor"



Son xəbərlər