Aykut Kocaman: “0:0 bizim üçün sərfəli nəticədir”

Aykut Kocaman: “0:0 bizim üçün sərfəli nəticədir”
DÜNYA FUTBOLU 15 Fevral 2013 / 16:19 2342
-  A +

“Rəqibimiz son dərəcə güclü və yaxşı nəticələr qazanmış komandadır. Oyuna yüksək istəklə başladıq. Amma matçın əvvəlindən azlıqda qalmamız bizə çətinlik yaratdı. Bütün bunlara baxmayaraq, 0:0 bizim üçün sərfəli nəticədir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri UEFA Avropa Liqasının 1/16 final mərhələsinin BATE-“Fənərbaxça” oyunundan sonra keçirilən mətbuat kofransında qonaq klubun baş məşqçisi Aykut Kocaman deyib.

O, cavab görüşünün boş tribunalar önündə keçirəcəklərindən məyus olduğunu söyləyib: “Amma biz UEFA-nın qərarını anlayışla qarşılamalıyıq”.


Son xəbərlər