Xaqani Məmmədov «Bakı» və Fariz Yusifov haqda nə dedi?

XƏBƏR 5 Dekabr 2008 / 13:47 3199
-  A +

Klublardan tələb edirik ki, oyunları 4 kamera ilə çəksinlər. Buna hələ ki, «İnter», «Qarabağ» və «Olimpik» riayət edir. Qol.Az-ın məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bildirib.
O, həmçinin qeyd edib ki, «Bakı» klubu «Simurq» oyundan sonra topun qapı xəttini keçməsiylə bağlı onlara şəkil təqdim edib. Bunun fotomontaj olduğunu deyən X.Məmmədov «Bakı» klubunun Fariz Yusivovun bu komandanın oyunlarına tez-tez təyinat almasından narazılığını bildirdiyini söyləyib. «Bakı»nın 3:1 hesabı ilə qələbə qazandığı «Olimpik»lə oyunda Fariz Yusifov çoxlu səhvlərə yol verdi, biz də onu cəzalandırdıq. Bundan sonra «Bakı» Fariz Yusifovun müdafiəsinə qalxdı».
 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord