“İnter” “Sivasspor”un futbolçusunu transfer edir

“İnter” “Sivasspor”un futbolçusunu transfer edir
ÖLKƏ FUTBOLU 8 İyun 2009 / 11:40 2492
-  A +

Avropa Liqasına hazırlaşan son Azərbaycan çempionatının gümüş mükafatçısı Bakının “İnter” klubu son Türkiyə Superliqasının analoji mükafatçısı “Sivasspor”un braziliyalı yarımmüdafiəçisi Serjio Oliveyranı transfer edir. Qol.Az-ın məlumatına görə, bu xəbəri Türkiyənin nüfuzlu Ajansspor agentliyi yayıb. Mənbənin məlumatına görə, tərəflər artıq razılığa gəliblər və 28 yaşlı futbolçu “bankirlər”lə müqavilə bağlamağa çox yaxındır.

Qeyd edək ki, cari mövsümdə Oliveyra “Sivasspor”un 10 nömrəli forması altında 15 matçda forma geyinib.

Daha çox


Son xəbərlər