Millilərimiz Portuqaliyaya məğlub oldu

XƏBƏR 8 İyun 2009 / 01:20 1953
-  A +

İspaniyanın Kastelyon şəhərində keçirilən çimərlik futbolu üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununda Portuqaliya ilə qarşılaşıb.Oyun 6:4 hesabı ilə portuqaliyalıların xeyrinə başa çatıb. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, millimizin qollarını Namiq Məmmədkərimov (2 qol), Hikmət Bağırov və Müslüm Hüseynov vurub.

Komandamız növbəti oyununu sabah – iyunun 8-də Almaniya yığmasına qarşı keçirəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord