Sergey Artyux: “Avroliqada zəif rəqib olmur”

XƏBƏR 7 İyun 2009 / 17:26 2147
-  A +

“Bəli, artıq Azərbaycandayam. İki gündür ki, gəlmişəm. İstirahətim yaxşı keçdi. Ağır mövsümdən sonra yaxşıca dincəldim. Amma təəssüf ki, istirahət üçün vaxtımız elə də çox olmadı”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri son mövsümdə “Simurq”un heyətində bürünc medal qazanan Sergey Artyux deyib. Ukraynalı forvard komandasının Avroliqadakı şansları barədə də danışıb: “Sözün açığı mümkün rəqiblərimizin hamısını tanımıram. Ona görə də deyə bilmərm ki, hansı komandayla qarşılaşmaq asan, hansıyla çətin olardı. Amma onu bilirəm ki, bu cür yarışlarda zəif komanda olmur. Çünki Avrokuboklarda yalnız hər ölkənin güclüləri çıxış edir. Fikrimcə, hər şey püşkatmadan asılı olacaq. Bununla belə, inanıram ki, qitə miqyaslı yarışlarda debütant olmağımıza baxmayaraq, adımızdan söz etdirə biləcəyik".

Daha çox


Son xəbərlər