Holosko türk olur

Holosko türk olur
DÜNYA FUTBOLU 11 Fevral 2013 / 13:47 3047
-  A +

"Beşiktaş"ın slovakiyalı oyuncuus Filip Holosko, türk vətəndaşlığını qəbul etmək istədiyini bildirib.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən yaydığı xəbərə görə, mövsümün əvvəlində "Beşiktaş"la müqaviləsini uzadan futbolçu Slovakiya milli komandasında oynamasına mane olmamaq şərtilə, türk vətəndaşlığını qəbul etməyə razı olduğunu deyib:

"Türkçə dərslər alıram. Həmçinin İstiqlal marşını da öyrənirəm. "Elazığspor"la oyunda da İstiqlal marşını oxudum. Ailəmlə türk insanını və Türkiyəni çox sevirik. Türk vətəndaşlığına sevə-sevə keçərəm"-deyə o bildirib.

Qeyd edək ki, 29 yaşlı Slovakiya milli komandasının futbolçusu 2008- ci ildən "Beşiktaş"ın şərəfini qoruyur. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord