Voleybol ulduzları “Bakı”ya uğurlar arzuladılar (FOTO)

XƏBƏR 7 İyun 2009 / 15:18 3114
-  A +

Rusiyanın “Dinamo” Moskva komandasından Türkiyənin “Fənərbaxça Acıbadem” voleybol klubuna transfer olunan dünyaca tanınmış voleybolçu, Rusiya milli komandasının oyunçusu Yekaterina Qamova və Azərbaycan voleybol milli komandasının sabiq üzvü İnessa Korkmaz “Bakı” futbol klubuna uğurlar arzulayıblar.  Qol.Az-ın “Bakı”nın rəsmi internet sayıtna istinadən verdiyi məlumata görə, klubun vitse-prezidenti Tunç Afşara xüsusui təşəkkür edən Yekaterina Qamovanın türk klubuna keçidi, məhz, Tunç Afşarın səyləri nəticəsində reallaşıb.
Voleybolçu xanımlar 4 gün öncə keçirilən Türkiyə -Azərbaycan yoldaşlıq oyununu izlədiklərini və Azərbaycan futbolu ilə maraqlandıqlarını bildiriblər. Voleybol ustaları Avropa Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Bakı” futbol klubuna uğurlar arzulayıblar.
Məlumat üçün əlavə edək ki, 2008-ci ilin avqust ayından “Bakı” da vitse-prezident vəzifəsində çalışan T. Afşarın “Shining Star” (“Parlayan ulduzlar”) idman məsləhət firması eyni zamanda “Fenerbaxçe” klubu ilə də əməkdaşlıq edir.   






Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın