Rusiya mətbuatı millimizi və Foqtsu ələ saldı

Rusiya mətbuatı millimizi və Foqtsu ələ saldı
ÖLKƏ FUTBOLU 7 İyun 2009 / 13:40 2698
-  A +

Millimizin dünən keçirdiyi növbəti uğursuz oyun Rusiya mətbuatının da diqqətindən yayınmayıb. Qol.Az-ın məlumatına görə, “championat.ru”dan olan həmkarlarımız millimizin növbəti dəfə uduzması və ən əsası hələ də qol vura bilməməsiylə yaxşıca məzələniblər: “Azərbaycan millisi - hansı ki sonuncu olmamaq uğrunda Lixtenşteynlə ciddi mübarizə aparır - xal ehtiyatını ikiyə çatdırmaq üçün Uelslə oyunda uğurlu nəticəyə ümid edirdi...
... Tofiq Bəhramov adına stadionda demək olar ki, bərabərsəviyyəli qarşılaşma alındı. Yalnız bəzi hallarda britaniyalılar daha üstün idilər. Uels birinci hissənin sonuna yaxın rəqibin qapısına yol tapa bildi. Vəliyevin qoruduğu qapının torunu Uels millisinin müdafiəçisi Devid Edvards silkələdi...
... Məlum olduğu kimi, meydan sahiblərinin itiriləsi bir şeyi olmadığından, fasilədən sonra onlar irəli atıldılar. Meydana ikinci hissədə daxil olmuş hücumçular - Branimir Subaşiç və Vüqar Nadirov da özünü yaxşı tərəfdən göstərə bilmədilər. Birbaşa deyək ki, ustalıq səviyyəsi onlara seçmə mərhələdə ikinci xalı qazanmağa imkan vermədi. İndiki vəziyyətdə Azərbaycan millisi üçün ən acınacaqlısı isə odur ki, onlar geridə qalan 5 oyunda 1 qol belə vura bilməyiblər. Nə bilmək olar, bəlkə də Berti Foqtsun yetirmələri Almaniya millisinin qapısına qol vuracaqlar?”

Daha çox


Son xəbərlər