Millimizin bacarmadığını Lixtenşteyn etdi

Millimizin bacarmadığını Lixtenşteyn etdi
XƏBƏR 7 İyun 2009 / 13:16 2197
-  A +

Dünən Azərbaycan - Uels oyunudan başqa millimizin yer aldığı dünya çempionatının 4-cü seçmə qrupunda daha bir oyun keçirilib. Qol.Az-ın məlumatına görə, Finalndiya öz meydanında Lixtenşteyni qəbul edib. Helsinkinin “Olimpiyaştadion” stadionuna toplaşan yerli azarkeşlər qarşılaşmanın 13-cü dəqiqəsində şok yaşayıblar. Firk Lixtenşteyni hesabda önə keçirib. Bununla belə, tezliklə toparlanan Finlandiya millisi Forsell və Yuhansonun qolları ilə 2:1 hesablı qələbə qazanıb.
Fikrin qolu Lixtenşteynin cari seçmə tsikldə ilk qolu olub. Göründüyü kimi, Lixtenşteyn millisi də yarışda qol hesabını açıb, lakin Berti Foqtsun komandasının qol göstəricisinin qarşısında hələ də 0 rəqəmi durur.


Son xəbərlər