"Mançester Yunayted"ə ağır ittiham

"Mançester Yunayted"ə ağır ittiham
DÜNYA FUTBOLU 10 Fevral 2013 / 01:57 4016
-  A +

İngiltərənin “Mançester Yunayted” klubunun adı danışılmış oyunlarda hallanıb. Qol.Az-ın Britaniya mıtbuatına istinadən yaydığı xəbərə görə, son vaxtlar Avropada oyun alqı-satqısıyla bağlı qalmaqalda “MY”nun da adı hallanıb.

Qol.Az-ın “The Sun”a istinadın bildirir ki, qeyri-qanuni işlər üzrə şəbəkə üzvü olan bir serbiyalı bukmeykerlərdən biri deyib ki, “Mançester Yunayted”lə Macarıstanın “Zalaeqerseq” komandası arasında Çempionar Liqasının hələ 2002/2003 mövsümündə keçirilən qarşılaşmada oyunun nəticəsi əvvəlcədən müəyyənləşdirilib.

Məlumatı verən şəxs iddia edib ki, oyundan əvvəl Macarıstan klubunun bəzi önəmli şəxsləri “MY” rəsmiləri ilə görüşərək cavab oyununda macar komandasının ən azı üç top fərqi ilə uduzması üçün razılığa gəlib.
 
Lakin məlumatı verən serbiyalı dələduz “MY”dən həmin görüşdə konkret kimlərin iştirak etdiyini açıqlamayıb.

Qeyd edək ki, adları çəkilən komandaların Macarıstandakı görüşündə ingilislər 1:0, Mançesterdəki görüşdə isə 5:0 hesabı ilə qalib gəliblər.


Son xəbərlər