Millimiz 6-cı oyunda uğursuzluğa son qoya biləcəkmi?

XƏBƏR 6 İyun 2009 / 16:21 2304
-  A +

Bu gün milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində öz meydanında Uelslə qarşılaşacaq. Qol.Az-ın məlumatına görə, bu, millimizin Uelsə qarşı keçirəcəyi sayca 6-cı oyunu olacaq. Buna qədər keçirilən 5 oyunda britaniyalıların açıq-aşkar üstünlükləri var. 5 oyundan 4-də qalib gələn Uels yalnız bir dəfə millimizlə oyun zamanı meydandan 1 xalla ayrılıb. Geridə qalan 5 oyunda ancaq bir qol vuran millimiz, öz qapısında 10 qol görüb. Millimizin yeganə qolunun müəllifi Rəşad Sadıqovdur. Komandalar arasında baş tutana sonucu görüşdə Uels millimizi 1:0 hesabı ilə məğlub edib.   
Statistika nə qədər əlyehimizə olsa da, inanırıq ki, bu gün milli komandamız uğursuzluğa son qoyacaq. Uelsi məğlub edərək həm bu komanda üzərində tarixdə ilk qələbəmizi qazanacağıq, həm də cari seçmə mərhələdə ilk dəfə meydanı 3 xalla tərk edəcəyik. Bu baş versə, millimizin baş məşqçi Berti Foqts da rəsmi oyunlarda ilk qələbəsinə sevinəcək.

Son xəbərlər