Millimiz Uelsə də uduzdu

ÖLKƏ FUTBOLU 6 İyun 2009 / 21:54 3449
-  A +

Bu gün milli komandamız dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uelslə qarşılaşır. Qol.Az saytı Respublika stadionundan canlı mətn-reportaj yayımladır. Azərbaycan - Uels oyununun ən maraqlı anları, fotolar, qarşılaşmadan sonra məşqçi və futbolçuların fikirləri ilə Qol.Az-da tanış ola bilərsiniz.
 

AZƏRBAYCAN - UELS 0:1  
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
Baş hakim: Markus Stromberqsson
Baş hakimin köməkçiləri: Stefan Vittberq, Peter Martinsson
Dördüncü hakim: Martin İnqvarsson
(Hakimlər briqadası İsveçdəndir)

Hakim-inspektor: Miroslav Liba (Çexiya)
Komissar: Emmanuel Mavrokoukoulakis (Yunanıstan)

Azərbaycan: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 14. Rəşad Sadıqov(k), 3. Vladimir Levin, 4. Mahir Şükürov, 5. Aqil Nəbiyev (15. Cavid Hüseynov 49), 6. Elmar Baxşıyev, 11. Zeynal Zeynalov, 17. Fabio Luis Ramim (10. Branimir Subaşiç 46), 9. Daniel Axtyamov (18. Vüqar Nadirov 59), 7. Vaqif Cavadov
Ehtiyat oyunçular: 12. Rauf Mehdiyev, 8. Tural Cəlilov, 10. Branimir Subaşiç, 13. Ernani Pereyra, 15. Cavid Hüseynov, 16. Cəmşid Məhərrəmov, 18. Vüqar Nadirov
Baş məşqçi: Berti Foqts

Uels: 1. Hennes Veyne, 2. Gunter Christopher, 3. Eradley Neal, Villiams Ashley, 5. Morgan Craig, 6. Nayanqa Levin, 7. Ledley Joseph, 8. Ramsey Aaron, 9. Cruch Simon, 10. Ernşou Robert (14. Vokes Samuel 69), 11. Edvards David
Ehtiyat oyunçular: 12. Myhill Glyn, 13. Price Levis, 14. Vokes Samuel, 15. Jones Ovain, 16. King Andreu, 17. Makdonald Shaun, 18. Allen Josebh
Baş məşqçi: Con Toşak


Oyun başa çatdı.
87. Millimiz daha bir qol şansını boşa verdi.
85. Vaxtı uzatdığına görə Uelsin qapıçısı sarı vərəqəylə cəzalanır.
Bütün stadion "İstefa, istefa" qışqırır.  
84. Levinin zərbəsini qapıçı tutdu.  
75.  Vüqarın baş zərbəsini rəqib qapıçı son anda qaytardı.
69. Uelsin heyətində ilk oyunçu dəyişikliyi baş verdi. Ernşounu Vokes əvəzlədi.  
68. Bu dəqiqələrdə üstünlük millimizin tərəfindədir. Komandamız rəqibin qapısına doğru sıxışdıra bilib. Lakin qol vurmaq hələ mümkün deyil.  
64. Subaşiçin baş zərbəsini qapıçı tutdu.
60. Vüqar meydana daxil olan kimi qapıya zərbə endirsə də, rəqib qapıçı yerindədir.
59. Daha bir əvəzetmə. Danirel Axtyamovu Vüqar Nadirov əvəzlədi.
58. Subaşiçin meydana daxil olmasından sonra milli ikomandamız bir qədər fəallaşıb. Lakin hələ ki qol yoxdu.
49. Millimizin heyətində daha bir dəyişikik olundu. Aqil Nəbiyevi Cavid Hüseynov əvəzlədi.
48. Branimir Subaşiçin zərbəsi çox təhlükəli alındı. Lakin rəqib qapıçı səhvsiz oynadı.
Millimiz ikinci hissəyə oyunçu dəyişikliyi ilə başladı. Fabio Luis Ramimi Branimir Subaşiç əvəzlədi.
İkinci hissə başladı.
Birinci hissə başa çatdı.
45+2. Rəşadın cərimə zərbəsindən sonra da millimiz heç nəyə nail ola bilmədi.
Hakim birinci hissənin sonuna 2 dəqiqə əlavə etdi.
45. Zeynalın zərbəsini qapıçı tutdu.
41. QOL. Top qapımızdan keçdi. Edvards hesabı açdı.
40. Zeynalın zərbəsini rəqib qapıçı tutdu.
38. Uelsin yerinə yetirdiyi künc zərbəsi təhlükəli alındı. Lakin son anda müdafiəçilərimiz topu cərimə meydançasından uzaqlaşdıra bildilər.  
35. Christopherin cinah ötürməsi təhlükəli alınsa da, Fərhad topa sahib çıxdı.
34. Zeynalın ötürməsindən sonra Vaqifin təhlükəli zərbəsi qapının üstündən keçdi.  
31. Ramim dəqiq ötümə verə bilsəydi, Vaqif qapıçı ilə təkbətək çıxacaqdı. Lakin Fabionun ötürməsi dəqiq alınmadı.
30. Rail Məlikovun kobud səhvindən sonra az qala uelslilər hesabı açacaqdılar. Lakin son anda Rəşad təhlükəni sovuşdura bildi.
28. Künc zərbəsi təhlükəli alınmadı.
27. Millimiz oyunda ən təhlükəli vəziyyəti yaratdı. Lakin Axtyamov Mahir Şükürovun cinah ötürməsinə toxuna bilmədi. Rəqib medafiəçilər topu küncə çıxardılar.
26. Ramimin cərimə zərbəsi qapının üstündən keçdi.
25. Oyunda ilk sarı vərəqə Uels millisinin üzvü Morgan Craigə göstərilir. O Vaqaif Cavadova qarşı kobud oynadı.
23. Christopherin zərbəsi qapının üstündən keçdi.
22. Uels millisinin künc zərbəsi çox təhlükəli alındı. Lakin əvvəlcə Axtyamov, ardınca isə Rəşad topu uzaqlaşdıra bilirlər.
20. Millimiz kimi azarkeşlərimiz də fəallaşıblar. Bu dəqiqədə fantlar "Meksika dalğası" nümayiş etdirirlər.
17. Millimizin hücumu təhlükəli alına bilərdi. Lakin Vaqif sadə epizodda topu itirdi.
15. Mahir Şükürovla Gunter Christopher arasında kiçik insident yaşandı. Hakim hər iki futbolçudan sakit olmalarını tələb edərək, onları sakitləşdirir.
14. Uelsin hücumu təhlükəli alına bilərdi. Lakin müdafiəçilərimiz səhvsiz oynadılar. Fərhad Vəliyev qapıdan zərbə ilə topu oyuna daxil edəcək.
10. Matçın ilk 10 dəqiqəsi arxada qaldı. Hələ ki millimiz inamlı təsir bağışlayır. Azarkeşlər də millimizə möhtəşəm dəstək verirlər. Stadionda təxminən 25 min azarkeş var.
7. Millimiz qapıya ilk zərbəni endirdi. Lakin Ramimin zərbəsi bir o qədər də təhlükəli alınmadı.
5. Oyunda ilk künc zərbəsini millimiz yerinə yetirdi. Lakin standard vəziyyətdən istifadə edə bilmədik.
4. Mahir Şüküreovun cərimə zərbəsindən göndərdiyi top təhlükəli alınsa da, Uelsli müdafiəçilər topu uzaqlaşdırmağı bacardılar.
3. Uels qapımız qarşısında təhlükə yaratmaq istəsə də, Levin səhvsiz oynadı.
2. Millimizin hücumu təhlükəli alına bilərdi. Lakin rəqib müdafiəçilər Vaqifin qarşısını kəsdilər.
Oyuna meydanın mərkəzindən milli komandamız başladı.
Oyun başladı. 
                                                  ***
Artıq hər iki ölkənin dövlət himnləri də səsləndi. Matçın startına çox az vaxt qalıb. 
                                                 ***
Komandalar artıq meydandadırlar. İndi hər iki ölkənin dövlət himnləri səslənir. 
                                                 ***
Komandalar artıq paltardəyişmə otağına yollanıblar. Oyunun başlamağına 10 dəqiqədən də az vaxt qalıb. Stadiondakı azarkeşlərin sayı durmadan artır. Hazırda areneda 17-18 min futbolsevər var. Onlar dayanmadan milli komandamızı dəstəkləyirlər.
                                                  ***
Hazırda hər iki komandanın futbolçuları meydandadırlar. Komandalar oyunqabağı son məşqlərini keçirlər.                                                  
                                                  ***
Stadionda möhtəşəm ab-hava var. Bu dəqiqə arenada təxminən 6-7 min azarkeş var. Təxminən yarım saatdır ki, "ATV" kanalının əməkdaşı Sənan Şəfizadənin aparıcılığı ilə azarkeşlər millimizi dəstəkləyirlər. Onlar bir-bir futbolçularımızın adlarını çəkilər. Oturacaqların yanında üzərində resrublikamızın dövlət himninin sözləri yazılmış və bayrağımızın rənglərini özündə əks etdirən kağızlar yer alıb. Stadionda həmçinin orkestr da var. Hər iki ölkənin dövlət himnləri məhz canlı şəkildə orkestr tərəfindən ifa olunacaq. 
                                                                                                                         

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı