Ronaldo: “Messinin hərəkəti məni təəccübləndirmədi”

Ronaldo: “Messinin hərəkəti məni təəccübləndirmədi”
DÜNYA FUTBOLU 7 Fevral 2013 / 12:31 4346
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldo 2012-ci ilin yekunlarına əsasən, “Qızıl top” mükafatına layiq görülməməsinə məyus olduğunu etiraf edib.

Qol.Az-ın Portuqaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o gec də olsa, bu məsələylə bağlı açıqlama verib. Ronaldo bildirib ki, dünyanın ən yaxşı futbolçusu adının ona veriləcəyini gözləyirmiş: “Real”da uğurlu mövsüm keçirdiyimdən “Qızıl top”u alacağıma ümidim böyük idi. Təəssüf ki, bu, baş vermədi. Amma mən fərdi mükafatlara köklənən insan deyiləm. Belə olsaydı, həyatda xoşbəxt olmazdım. Mənim məqsədim komandam üçün fayda verməkdir”.

Messi Sürixdə “Qızıl top”u alarkən etdiyi qısa çıxışda Ronaldonun adını çəkməmişdi. Bu məsələyə də toxunan Portuqaliya millisinin oyunçusu deyib: "Bu, məni təəccübləndirmədi. Axı, o, adımı dünyanın üç ən yaxşı futbolçusu sırasına salmamışdı”.


Son xəbərlər