Həmyerlimizin klubu Rusiya kubokuna 1 addım da yaxınlaşdı

Həmyerlimizin klubu Rusiya kubokuna 1 addım da yaxınlaşdı
XƏBƏR 6 İyun 2009 / 13:10 2054
-  A +

Milli komandamızın keçmiş üzvü Emin Ağayevin çıxış etdiyi Rusiyanın “Volqa” klubu Rusiya kubokunda növbəti oyununu keçirib. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, Tver təmsilçisi 1/64 final mərhələsi çərçivəsində öz meydanında “Pskov-747” klubunu qəbul edib. Həmyerlimiz - Emin Ağayev meydana start heyətində daxil olub və 120 dəqiqə mübarizə aparıb. Bəli, 90 deyil, məhz 120 dəqiqə. Çünki qarşılaşmanın əsas vaxtında hesab açılmayıb. Bununla belə Eminin komandası birinci əlavə hissədə qələbə qolunu vura bilib. Uzoykin 97-ci dəqiqədə vurduğu qolla “Volqa”nı 1/32 finala yüksəldib. Onu da qeyd edək ki, matçın gedişində hakim ikisi “Volqa”dan olmaqla 3 futbolçunu meydandan kənarlaşdırıb. Lakin Emin Ağayev oyunu vərəqəsiz başa vuraraq, intizamlı oyunu ilə seçilib. Tver təmsilçisinin növbəti mərhələdəki rəqibi hələ məlum deyil.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord