“Azərbaycanla oyunda qələbə üçün lazım olan qədər güc sərf etdik”

“Azərbaycanla oyunda qələbə üçün lazım olan qədər güc sərf etdik”
ÖLKƏ FUTBOLU 6 İyun 2009 / 12:39 2445
-  A +

“Azərbaycan və Lixtenşteyn milli komandalarına qarşı biz qələbə üçün lazım olan qədər güc sərf etdik. Hər iki halda elə birinci hissədə qol vuraraq, işimizi asanlaşdırdıq”. Qol.Az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya milli komandasının futbolçusu Konstantin Zıryanov deyib. Zıryanov bildirib ki, Rusiya milli komandasının növbəti rəqibi - Finlandiya milli ilə oyunlarda işləri daha çətin olacaq. Çünki Finlandiya millisi Azərbaycan və Lixtenşteyndən daha güclüdür: “Aydındır ki, Finlandiya millisinə qarşı işimiz daha çətin olacaq. Çünki bu komanda əvvlki iki rəqibizdən daha güclü, daha yüksəksəviyyəlidir. Bununla belə, Finladiyanı da məğlub etməliyik. Çünki Almaniyaya qarşı evdə keçirəcəyimiz oyuna qədər xal itkisinə yol verə bilmərik”. 

Daha çox


Son xəbərlər