Messidən "Barselona"ya əngəl

Messidən "Barselona"ya əngəl
DÜNYA FUTBOLU 7 Fevral 2013 / 00:02 3732
-  A +

Bu həftə “Barselona” klubu ilə Lionel Messi arasında 2018-ci ilin sonuna qədər imzalanacaq müqaviləylə bağlı danışıqların bəzi təfərrüatı üzə çıxıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, yeni müqavilədə əsas mübahisə mövzusu Messiylə bağlı təzminatın qiyməti olub. Kataloniya klubu təzminatın məbləğini 250 milyon avrodan çox olmasını israr edərək potensial alıcıların gözünü qorxutmaq istəyib. Argentinalı ulduz isə bununla razılaşmayıb. Ona görə də “Barselona” Messinin tələbindən sonra təzminat üçün məbləği 250 milyon avrodan yuxarı qaldıra bilməyib.

Beləliklə, Messini transfer etmək istəyən klub ilk öncə “Barselona”ya 250 milyon avro ödəməli olacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı