U-21 İngiltərəyə yola düşdü

U-21 İngiltərəyə yola düşdü
XƏBƏR 6 İyun 2009 / 11:53 2102
-  A +

İyunun 8-də Bakı vaxtı ilə saat 23:30-da Londonun yaxınlığındakı Milton Keynes şəhərində yerləşən «MK Dons» stadionunda İngiltərənin U-23 millisi ilə yoldaşlıq oyunu keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün İstanbuldan İngiltərəyə yola düşüb. Məlumatı AFFA-nın rəsmi internet saytı yayıb.
Xatırladaq ki, U-21 iyunun 3-də İstanbulda türkiyəli həmyaşıdları yoldaşlıq oyunu keçirmişdi və İngiltərə millisi ilə oyuna Türkiyədə hazırlaşırdı.


Son xəbərlər