Kriştiano Ronaldo: “Oğlumun canına and içirəm ki..”

Kriştiano Ronaldo: “Oğlumun canına and içirəm ki..”
DÜNYA FUTBOLU 6 Fevral 2013 / 11:33 4172
-  A +

Kriştiano Ronaldo növbəti dəfə bildirib ki, “Real”dakı çıxışlarında pul onun üçün birinci rolu oynamır.

Qol.Az Portuqaliya mətbuatına istinadən bildirir ki, bir müddəv əvvəl “Real”da xoşbəxt olmadığını söyləyən Ronaldo qeyd edib ki, bu fikirləri maddi məsələlərə görə söyləməyib.

Ronaldo klub prezidenti Florentino Peresle görüşdən sonra fikirlərinin dəyişdiyini deyib.

“O vaxtla müqayisədə vəziyyət dəyişib. Hazırda özümü komandada və futbolçu dostlarım arasında yaxşı hiss edirəm. Onu deyə bilərəm ki, mən pula görə belə bəyanat verməmişdim. Oğlumun canına and içirəm ki, bu həqiqətdir” – deyə Ronaldo bildirib.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı