Cerard ilin ən yaxşı futbolçusu seçildi

Cerard ilin ən yaxşı futbolçusu seçildi
DÜNYA FUTBOLU 5 Fevral 2013 / 16:27 2553
-  A +

İngiltərə Futbol Federasiyası tərəfindən hər il təşkil olunan sorğuda "Liverpul"un və milli komandanın kapitanı Stivin Cerard 2012-ci ildə milli komandanın ən yaxşı oyunşusu seçilib. 

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə Futbol Federasiyasının rəsm saytının azarkeşlər arasında keçirilən səsvermədə Cerard 40 faiz nəticə toplayaraq toplayaraq Dani Velbek və Eşli Koulu qabaqlayıb. 2007-ci ildən indiyə kimi iki dəfə bu adı qazanmış Cerard ötən ilin noyabr ayında İsveçlə oyunda milli komandanın heyətində 100-cü matçına çıxmışdı.

Qeyd edək ki, təcrübəli futbolçu milli komandanın heyətində 100 oyunda 19 qol vurub, 20 məhsuldar ötürmə verib, 25 dəfə kapitan kimi meydana çıxıb və 64 oyunda qələbə qazanıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı