Rusiya millisinin üzvü: “Birinci yeri tutmaq istəyiriksə, Azərbaycanı udmalıyıq”

Rusiya millisinin üzvü: “Birinci yeri tutmaq istəyiriksə, Azərbaycanı udmalıyıq”
XƏBƏR 5 İyun 2009 / 21:22 2099
-  A +

“Deməzdim ki, milli komanda üçün çox darıxmışam. Mövsümün əvvəlində öz qərarımı qəbul etdim: lazımınca hazırlaşmaq, bərpa prosesi keçmək və ideal formamı bərpa edib milliyə qayıtmaq. Hiddinq Azərbaycan və Lixetnşteynlə oyunlarda mənə dəvət göndərmədi amma, əvəzində dedi ki, növbəti toplanışa hazırlaş. Mən də onun dediyi kimi etdim, hazırlaşdım. Budur, yenidən milli komandadayam”. Qol.Az-ın məlumatına görə, bu sözləri Rusiya mətbuatına verdiyi müsahibəsində müəyyən fasilədən sonra milli komandaya dəvət alan Denis Kolodin deyib. Finlandiya ilə növbəti seçmə qrup matçı öncəsi heyətə salınan Kolodin rusların qrupdan çıxmaq şanslarını da qiymətləndirib: “Finlərə qarşı oyunda xal itirmək ağlımızdan belə keçmir. Üçüncü yeri təsəvvür belə etmək istəmirik. Düzdür, Almaniyanın Finlandiyada xal itirdiyini nəzərə alıb bizim də analoji uğursuzluğu yaşayacağımızı düşünənlər ola bilər. Amma baxın görün həmin xal itkisindən sonra almanlar necə tank kimi irəliləyirlər. Biz də, qrupda birinci yeri tutmaq istəyiriksə, qarşımıza çıxan bütün rəqibləri məğlub etməliyik. Finlandiyanı da,  Uelsi də,  Almaniyanı da,  Azərbaycanı da. Səfərdə oynadığımız qarşılaşmalarda da, 3 xaldan başqa heç nə haqqında düşünməyəcəyik”.

Qeyd edək ki, Rusiya seçmə mərhələdəki son matçını oktyabrda Bakıda məhz, millimizə qarşı keçirəcək.


 


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi