Yenə Messi, yenə rekord

Yenə Messi, yenə rekord
DÜNYA FUTBOLU 4 Fevral 2013 / 00:01 5314
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi İspaniya çempionatında yeni rekord müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, argentinalı ulduz ardıcıl 12-ci matçda qol vurub. O, fevralın 3-də “Valensiya”ya qarşı keçirilən matçda da fərqlənib. O, matçın 38-ci dəqiqəsində penaltidən qol vurub.

Qeyd edək ki, Messinin qol seriyası 2012-ci ilin noyabrın 11-də “Malyorka” ilə oyunda başlayıb aşağıdakı ardıcıllıqla davam edib.

11.11.2012. "Malyorka" - "Barselona" - 2:4 (2 qol, Messi);
17.11.2012. "Barselona" - "Saraqosa" - 3:1 (2);
26.11.2012. "Levante" - "Barselona" - 0:4 (2);
01.12.2012. "Barselona" - "Atletik" - 5:1 (2);
10.12.2012. "Betis" - "Barselona" - 1:2 (2);
17.12.2012. "Barselona" - "Atletiko" - 4:1 (2);
22.12.2012. "Valyadolid" - "Barselona" - 1:3 (1);
06.01.2013. "Barselona" - "Espanyol" - 4:0 (1);
14.01.2013. "Malaqa" - "Barselona" - 1:3 (1);
19.01.2013. "Real Sosyedad" - "Barselona" - 3:2 (1);
27.01.2013. "Barselona" - "Osasuna" - 5:1 (4)
03.02.2013. "Valensiya" - "Barselona" – 1:1 (1)

Qeyd edək ki, Messiyə qədər rekord 10 qolla “Barselona”nın sabiq futbolçuları Mariano Martinu və braziliyalı Ronaldoya məxsus olub.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki