Uels mətbuatı: “Toşak Tofiq Bəhramov adına stadionda açıq futbola gedəcək”

Uels mətbuatı: “Toşak Tofiq Bəhramov adına stadionda  açıq futbola gedəcək”
XƏBƏR 5 İyun 2009 / 20:38 2266
-  A +

“Komandamız artıq Bakıdadır və Azərbaycanla keçiriləcək oyunun son hazırlıqlarını keçir. Rəqibi çətin komanda adlandırmaq olar. Elə Kardiffdə də bunun şahidi olduq. Sabahkı qarşılaşma bizim üçün asan keçməyəcək. Üstəlik, Toşak Bakıya gənc futbolçuları aparıb”. Bu fikirlər Uelsin WalesOnline saytına məxusudur. Britaniyalı həmkarlarımız Con Toşakın millimizlə oyun öncəsi seçəcəyi taktiki sxemi də açıqlayıblar: “Toşak hələ ki, start heyətini və rəqibə qarşı hansı taktiki sxemlə oynayacağını açıqlamayıb. Amma onun sirrini açmaq o qədər də çətin deyil, Əgər təcrübəli mütəxəssis iddiasından əl çəkərək Bakıya gənc heyəti aparırsa və gələcəyin komandasını qurursa, demək sabahkı qarşılaşmada onun üçün nəticə əsas olmayacaq. Deməli, Toşak Tofiq Bəhramov adına stadionda açıq futbola gedəcək


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın