Vüqar Nadirov: “Qarabağ”dan təklif aldığım doğrudur, amma...”

Vüqar  Nadirov: “Qarabağ”dan təklif aldığım doğrudur, amma...”
XƏBƏR 5 İyun 2009 / 20:05 2157
-  A +

"Həqiqətən də “Qarabağ”dan təklif aldığım doğrudur. Amma hələ ki, rəsmi müqaviləyə imza atmamışam”. Qol.Az-ın müxbiriylə söhbətində bu sözləri “Qarabağ”a keçəcəyi barədə yayılan xəbərlərə münasibət bildirərkən milli komandamızın hücumçusu Vüqar Nadirov deyib. Gənc forvard bildirib ki, hazırda bütün diqqətini millinin çıxışına yönəldib: “Qarabağ”la danışıqlar gedir. Yəqin ki, yaxın zamanlarda məsələ müsbət həllini tapacaq. Mən özüm də “Qarabağ”a qayıtmaq istəyirəm. Amma indi bütün diqqətimi millinin qarşıdakı oyunlarına yönəltmişəm. Bu oyunlar başa çatdıqdan sonra, gələcək karyerama da tam aydınlıq gələcək”. 


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı